Ömər Eldarov  Bakı Ali Neft Məktəbində olub
25 iyun 2014 11:15 (UTC +04:00)

Ömər Eldarov  Bakı Ali Neft Məktəbində olub

0

Xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və prorektoru Səlhab Məmmədov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüb. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.

Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov bildirib ki, Ö. Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə dünya şöhrətli  heykəltəraşa çevrilib və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görüb.

 

Ömər Eldarov BANM-ə dəvət edildiyi və  yüksək səviyyəli görüş təşkil etdiyinə görə BANM-in rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirib.

 

Görüşün sonunda qonaq BANM-nin professor-müəllim və tələbə heyətinin çox saylı suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar