Oman və İsveçrə İranın hesabındakı 1,5 milyardı dondurub
01 aprel 2014 05:10 (UTC +04:00)

Oman və İsveçrə İranın hesabındakı 1,5 milyardı dondurub

İran parlamentinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komitənin üzvü Mehdi Davari bildirib ki, ölkəsinin İsveçrə və Oman banklarında olan hesabları dondurulub.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, deputat deyib ki, bir müddət öncə Cenevrədə məsələyə dair razılıq əldə olunsa da, həmin banklar İranın hesabındakı 1,5 milyard dollar pulu qaytarmaqdan imtina edib.

Mənbə xatırladıb ki, İslam Respublikasının xarici banklarda yüz min dollaradək pulu var. 2013-cü il noyabrın 24-də Cenevrədə əldə edilmiş razılıqdan sonra həmin məbləğin 4,2 milyard dolları qaytarılıb. Bu məlumat ilkindir və Tehranla beynəlxalq ictimaiyyət arasında danışıqlar davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar