Oman: Qiymətlər qalxsın deyə neft hasilatını azaltmağa hazırıq
18 yanvar 2016 17:04 (UTC +04:00)

Oman: Qiymətlər qalxsın deyə neft hasilatını azaltmağa hazırıq

Birləşmiş Ərəb Əmirliklərinin ardınca Oman sultanlığı da neft hasilatını məhdudlaşdırmağa hazırlaşır. APA TV-nin məlumatına görə, ölkənin neft naziri Məhəmməd ibn Hamad ər-Rumxi bəyan edib ki, Oman bazarda durumu stabilləşdirmək üçün hasilatı 5-10 faiz azaltmağa hazırdır. Nazir neft hasil edən digər ölkələri də belə addımlar atmağa çağırıb. Ər-Rumxi deyib ki, bazarda tələb təklifi ciddi şəkildə üstələyir. Baş verənləri sunami effekti adlandıran nazirin sözlərinə görə, bazardakı qeyri-stabillik neft ölkələrini sunami zərbəsi kimi vura bilər. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar