Ollandan Rusiyaya sərt tələb
12 fevral 2016 03:58 (UTC +04:00)

Ollandan Rusiyaya sərt tələb

0

Fransa prezidenti Fransua Olland Rusiya hakimiyyətindən Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Olland açıqlamasında bildirib ki, Suriyada hava zərbələri nəticəsində evlərini tərk etməyə məcbur olan minlərlə dinc sakin əziyyət çəkir.    

 

“Biz Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə əmin olmalıyıq”, deyə Olland qeyd edib.

 

Moskva iddia edir ki, Rusiya təyyarələrinin Suriyada endirdiyi hava zərbələri  yaşayış rayonlarına qarşı yönəlməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar