Olimpiya stadionu borca görə işıqsız qaldı
05 yanvar 2016 02:23 (UTC +04:00)

Olimpiya stadionu borca görə işıqsız qaldı

Rio-de-Janeyro Olimpiya stadionu 250 min dollarlıq borca görə işıqsız qalıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, şəhər meriyası stadionda elektrik enerjinin kəsilməsini “Botafoqo” futbol klubunun borcu ilə əlaqələndirir. Klubun mətbuat xidməti isə, problemin şəhər rəhbərliyinin günahı ucbatından yarandığını bildirir.

 

Qeyd edək ki, 2016-ci ilin yayında adıçəkilən stadionda Yay Olimpiya oyunlarının yarışları keçiriləcək. Rio-de-Janeyro Olimpiya stadionu 2007-ci ildə Panamerika Oyunlarının keçirilməsi üçün inşa edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar