Bir ay əvvəl Bağdadda oğurlanan və girovluqda olan 16 türkiyəli fəhlə azad edilib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davutoglu xəbər verib.
Türkiyənin baş naziri Əhmet Davutoglu qeyd edib ki, işçilər sentyabrın 30-da Türkiyənin İraqdakı səfirliyinə təhvil veriliblər və səhhətləri yaxşıdır.
Amma baş nazir məsələnin detallarına aydınlıq gətirməyib. Türkiyə tikinti şirkətinin işçiləri olan 18 nəfər sentyabrın 2-də Bağdadın şimalında oğurlanmışdı.
"Oğurlanmış 16 işçimiz Bağdad səfirliyinə gəlib. Onlardan bəzilərilə telefonla danışdım. Şükürlər olsun ki, sağ-salamatdırlar. Onların tezliklə vətənə qaytarılması üçün lazımi hazırlıqlar görülür", - deyə Əhməd Davutoğlu öz "Twitter" hesabında bildirib.
Oğurlananlar Bağdadın Sadr City rayonunda idman kompleksinin inşası ilə məşğul olan şirkətin işçiləri olub.Bağdadda oğurlanmış 18 işçidən 2-si sentyabr ayının 15-də azad olunub. İraq paytaxtının Sədr məhəlləsində yeni stadion inşa edən "Nurol Holding" şirkətinin direktoru Uğur Doğan işçilərin çərşənbə və yaxud da cümə axşamı evlərinə qayıdacağını deyib.