Oğlanları hökumətə müraciət edərək, Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın ölüm faktının yenidən araşdırılmasını istəyib.
Lent.az-ın «Qruziya onlayn»-a istinadən məlumatına görə, onlar martın 31-də bu haqda ölkənin ilk prezidentinin məzarı başında jurnalistlərə bildiriblər.
Konstantin, Georgi və Tsotne qamsaxurdiyalar imzaladıqları birgə kommünikedə bildirib ki, onlar ölkə prezidenti, baş nazir, ombudsman və baş prokurora məsələ ilə bağlı 2004-cü ildə başlanılan işin davam etdirilməsini xahiş ediblər.
Konstantin Qamsaxurdiya deyib ki, istintaqın gedişi zamanı gerçək faktlar nəzər alınmayıb.
Tsotne Qamsaxurdiyanın sözlərinə əsasən, 2011-ci ildə parlamentin yaratdığı komissiya Gürcüstanın ilk prezidentinin öldürüldüyünü müəyyənləşdirib.