Oğul kompüterə görə anasını bıçaqladı
23 dekabr 2014 17:59 (UTC +04:00)

Oğul kompüterə görə anasını bıçaqladı

0

Rusiyada yaşayış evində üzərində zorakılıq əlamətləri olan 63 yaşlı qadın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, qətldə qadının 37 yaşlı oğlu şübhəli bilinir.

 

İstintaq nəticəsində isti izlərlə anasını öldürən oğul tutulub. Məlum olub ki, anası ona kompüter oyunları oynamağa mane olurmuş. Bu səbəbdən də onların arasında mübahisə yaranıb. Anasına qəzəblənən oğlan bıçağa əl atıb və onu kürəyindən bıçaqlayıb.

 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 795

Oxşar yazılar