Oğlu öldürülən ana 25 nəfəri güllələyib
25 noyabr 2014 10:56 (UTC +04:00)

Oğlu öldürülən ana 25 nəfəri güllələyib

Qadın qızı və gəlini ilə birlikdə 7 saat müqavimət göstərib

 

Əfqanıstanda qadın öldürülən oğlunun qisasını almaq məqsədilə ən azı 25 “Taliban”çını güllələyib.

 

APA-nın “Khaama Press”ə istinadən xəbərinə görə, qadının polis bölməsində xidmət edən oğlu Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsində anasının gözləri qarşısında öldürülüb.

 

Bundan sonra ana qızı və gəlini ilə birlikdə nəzarət-buraxılış məntəqəsindəki silahları toplayaraq taliblərlə atışmağa başlayıb. Döyüş 7 saat çəkib. Nəticədə azı 25 yaraqlı öldürülüb, daha 5 nəfər yaralanıb.

 

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi bildirib ki, üç qadının bu qəhrəmanlığı “inqilabın və “Taliban” hərəkatına qarşı ictimaiyyətin dirənişinin simvoluna çevrilib”.

 

“Taliban” hərəkatının nümayəndələri hələlik faktla bağlı açıqlama yaymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar