Odessanı ələ keçirməyə çalışan 29 diversant yaxalanıb
09 aprel 2015 18:09 (UTC +04:00)

Odessanı ələ keçirməyə çalışan 29 diversant yaxalanıb

 

 

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Odessa şəhərində 29 nəfərdən ibarət diversiya qrupu ifşa edilərək yaxalanıb.

 

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko açıqlayıb.

 

V. Nalivayçenko deyib ki, yaxalanan təxribatçılar şəhərdə “DNR” və “LNR” (separatçı Donetsk və Luqansk xalq respublikaları) ssenarisi ilə Ukraynanın ərazi bütövlüyünə qəsd etməyi, siyasi qətllər törətməyi və Odessanı ələ keçirməyi planlaşdırıblar: “Onlar sifarişlə siyasi qətllər törətməyə və Odessanı ələ keçirərək Ukraynadan ayırmağa hazırlaşırdılar. Biz 29 nəfəri həbs etmişik, onlardan 4-ü cinayətkar-separatçı qurumun təşkilatçılarıdır”. 

 

SBU rəhbəri saxlanılan şəxslərin əksəriyyətinin Ukrayna vətəndaşı olduqlarını söyləyib.

 

Qeyd edək ki, aprelin 10-da prezident Pyotr Poroşenko Odessaya səfər edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar