Odessa qanlı toqquşmadan sonra: durum necədir? <span style="color:red;">- CANLI XƏBƏR
03 may 2014 14:16 (UTC +04:00)

Odessa qanlı toqquşmadan sonra: durum necədir? - CANLI XƏBƏR

 

“Dünən Odessaya ”Metalist” komandasının xeyli fanatı gəlmişdi. Onlar Ukraynanın bütövlüyünün tərəfdarıdırlar. Həmin fanatlarla Rusiyapərəstlər arasında şəhərin mərkəzində ilk toqquşma baş verdi”.  Bunu Lent.az- açıqlamasında Odessada yaşayan həmyerlimiz, jurnalist Anar Natiqoğlu bildirib. Onun sözlərinə görə, dünən baş verən olayların başlanğıc nöqtəsi “Odessa”-“Metallist” futbol matçı olub: “Hadisələr başlayanda mən özüm də orda idim. Qarşıdurma zamanı 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanmışdı”. 

 

A.Natiqoğlunun sözlərinə görə, daha sonra hadisələr bir qədər kənarda –şəhər administrasiyasının binası qarşısında baş verib. “Daha çox ölüm faktı da orda oldu. Rəsmi məlumata görə, 42 nəfər həlak olub, 215 nəfər isə yaralanıb. Yaralılardan 90 nəfəri xəstəxanaya yerləşdirilib”.

 

Baş vermiş olaylara görə, 130 nəfərin həbs olunduğunu bildirən həmyerlimiz bu gün isə DİN-in Odessa Baş idarəsinin rəisi Pyotr Lutsyuk da vəzifəsindən azad edildiyini vurğulayıb: “Dünən şəhərin mərkəzində qanlı olayların baş verməyinə baxmayaraq, şəhər kənarında sakinlər parklarda, dənizkənarı ərazilərdə istirahət edirdi. Hazırda sakitlikdir.

 

Son məlumata görə, Kiyevdən baş nazirin müavininin başçılıq etdiyi komissiya hadisələri araşdırmaq üçün Odessaya gəlir”.

Şəhərdə 3 günlük matəm elan olunduğunu bildirən A. Natiqoğlu hadisələrdə azərbaycanlılardan xəsarət alan olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3430

Oxşar yazılar