Odessada qətlə yetirilən gəncin meyiti Azərbaycana yola salınıb
09 fevral 2016 12:07 (UTC +04:00)

Odessada qətlə yetirilən gəncin meyiti Azərbaycana yola salınıb

0

Ukraynanın Odessa şəhərində qətlə yetirilən azərbaycanlı gənc iş adamı Aqşin Məmmədovun meyiti bu gün Azərbaycana yola salınıb.

 

APA-nın Ukraynaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərhum doğulduğu Beyləqan rayonunda dəfn olunacaq.

 

Qeyd edək ki, əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədov fevralın 7-si axşam saatlarında Odessadakı kafelərin birindən çıxaraq avtomobilinə minən zaman naməlum şəxslərin hücumuna məruz qalıb. A. Məmmədov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar