Odessada qarşıdurma: ölənlərin sayı 4 nəfər çatıb
Odessa milis idarəsindən bildirilib ki, Ukraynanın bütövlüyü tərəfdarları ilə separtçılar arasında baş verən münaqişə nəticəsində 4 nəfər ölüb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, hadisə yerində işləyən tibb işçiləri və ekspertlər ölümün səbəbini söyləməyiblər.
Mənbə bildirib ki, qarşıdurma nəticəsində 3 milis nəfəri və üç jurnalist də xəsarət alıb.
***
20.11
Odessada Ukraynanın birliyi tərəfdarları ilə “Antimaydan” fəalları arasında qarşıdurma olub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qarşıdurma nəticəsində azı bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.
Mənbə bildirib ki, şahidlər bir nəfərin odlu silahdan açılan atəş nəticəsində öldüyünü deyib.
Ukraynanın birliyi tərəfdarlarına yerli “Çernomorets” futbol klubunun fanatları da qoşulub.
Ukrayna KİV-in məlumatına əsasən, münaqişə edən tərəflər biri – birinə daş atıb.