Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları Odessada təxribatlar hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
“Diversiya qrupları ilə mübarizə çərçivəsində Odessada xüsusi əməliyyat keçirilib, nəticədə 10 nəfər saxlanılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko prezidentə bu barədə məruzə verib. Saxlanılan şəxslər təxribat hazırlayıb. Onlardan silah və partlayıcı qurğular götürülüb”, deyə Tseqolko bildirib.
Bundan əvvəl Odessada 8 partlayış törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.