Odessa milisinin rəisi 20 000 dollar rüşvət alarkən tutuldu
28 avqust 2015 06:54 (UTC +04:00)

Odessa milisinin rəisi 20 000 dollar rüşvət alarkən tutuldu

0

Ukrayna DİN-in Odessa şəhəri üzrə İdarəsinin yeni təyin edilmiş rəisi Oleq Makuxa avqustun 27-də 20 min dollar məbləğində rüşvət alan zaman saxlanılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Prokurorluğunun məlumatına əsasən,  məmur korporativ münaqişəyə qanunsuz dəstək göstərməsinə görə külli miqdarda pul tələb edib.

 

Qeyd edək ki, Oleq Makuxa Ukrayna DİN-in Odessa üzrə İdarəsinin rəisi vəzifəsinə iyulun 1-də  Odessa vilayətinin milis idarəsinin yeni rəisi Georgi Lortkipanidze tərəfindən təyin edilib. Yeni təyinatınadək Oleq Makuxa Nikolayev vilayətində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar