PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın İmralı adasındakı saxlanıldığı yer dəyişdirilib. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, A.Öcalan 1999-cu ildə saxlanıldığı korpusa yerləşdirilib. Restavrasiya edilmiş korpusda tikinti işləri keçən ilin avqust ayında başa çatıb. A.Öcalanın saxlanıldığı yer geniş yataq otağı, iş otağı, hamam və bağçadan ibarətdir.
A.Öcalanın yeri 2009-cu ildə dəyişdirilmişdi.