Obamanın Ukraynaya səfəri gözlənilir
08 dekabr 2015 05:35 (UTC +04:00)

Obamanın Ukraynaya səfəri gözlənilir

2016-cı ildə ABŞ prezidenti Barak Obamanın Ukraynaya rəsmi səfəri baş tuta bilər.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bəyan edib.

 

“Düşünürəm ki, gələn il ABŞ prezidentinin Ukraynaya səfəri baş tutmalıdır. ABŞ dövlət başçıları bundan əvvəl də Ukraynaya gəlib. Səfərlə bağlı müəyyən işlər görülür. Lakin bu məsələ, təbii ki, gələn ilin gündəminə daxildir”, deyə V.Çalıy bildirib.

 

Səfir qeyd  edib ki, Ukrayna-ABŞ münasibətləri 20 il ərzində bugünkü kimi sıx və dərin olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar