Obamanın korteji yolu kəsdi, hamilə qadın xəstəxanaya piyada getdi
25 iyul 2014 18:18 (UTC +04:00)

Obamanın korteji yolu kəsdi, hamilə qadın xəstəxanaya piyada getdi

İyunun 24-də ABŞ prezidenti Barak Obamanın kortejinin hərəkət etməsi üçün Los Ancelesin mərkəzi küçələrindən biri bağlanıb. Lent.az-ın Reuters-ə istinadən məlumatına görə, yolun bağlanması hamilə qadının doğum evinə getməsinə mane olub. Hamilə qadın iki tibb bacısı ilə avtobus dayanacağında yarım saat prezidentin kortejinin keçməyini gözləyib.

 

Hamilə qadın üçün təcili yardım çağırılsa da, yollar bağlı olduğundan təcili yardım maşını xəstəyə yaxınlaşa bilməyib. Sancıları güclənən hamilə qadın məcburən xəstəxanaya piyada gedib.

 

Xoşagəlməz hadisədən xəbər tutan Ağ ev Los-Anceles polisi günahlandırıb. Hamilə qadının durumu haqqında xəstəxana heç bir məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124

Oxşar yazılar