Obamanın iqamətgahına daxil olmaq istəyən şəxs saxlanıldı
20 noyabr 2014 03:34 (UTC +04:00)

Obamanın iqamətgahına daxil olmaq istəyən şəxs saxlanıldı

Vaşinqtonda  41 yaşlı Ayova ştatının sakini Ar Cey Kafim Ağ Evin ərazisinə  daxil  olmağa cəhd göstərib.

 

APA-nın Associated Press agentliiynə istinadən verdiyi məlumata görə, mühafizəçilər tərəfindən saxlanılan şəxsin avtomobilində aparılan axtarış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq  aşkar edilib.

 

Kafima qarşı  qanunsuz silah saxlama maddəsi üzrə ittiham  irəli sürülüb. Qeyd edək ki, sentyabrın 20-də də  İraq müharibəsinin 42 yaşlı veteranı Omar Qonzales Ağ Evə qanunsuz olaraq  daxil olmuşdu. Bundan sonra isə ABŞ məxfi xidmətinin rəhbəri Culiya Pirson  mütəmadi olaraq təkrarlanan analoji hadisələrə görə istefa vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar