Mişel Obama Beyonsu ərindən üstün tutdu
18 sentyabr 2014 18:01 (UTC +04:00)

Mişel Obama Beyonsu ərindən üstün tutdu

ABŞ prtezidenti Barak Obama həyat yoldaşı Mişel Obama ilə birgə xeyriyyə kompaniyasına qoşulub. Lent.az-ın məlumatına görə, kimsəsiz uşaqların məktəb ləvazimatları ilə təmin edilməsi üçün başlanan kompaniya çərçivəsində onlar Vaşinqtondakı uşaq evlərindən birində olublar.

 

 

Tədbir zamanı prezidentlə görüşən məktəblinin arzusu isə hər kəsin gülüşünə səbəb olub. Azyaşlı qız Obamayadeyib ki, müğənni Beyonsu görməyi prezidentlə görüşməkdən üstün tutardı. B.Obama isə vəziyyətdən çıxış yolu kimi qızları Malia və Saşanın da Beyonsa pərəstiş etdiyini desə də, xanımının cavabı hər kəsi heyrətləndirib: "Əslində, mən də Beyonsu görməyi üstün tutardım". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1622
avatar

Oxşar yazılar