Obamadan Yatsenyuka vəd: «Sizin çox güclü dəstəyiniz var»
13 mart 2014 01:27 (UTC +04:00)

Obamadan Yatsenyuka vəd: «Sizin çox güclü dəstəyiniz var»

ABŞ prezidenti Barak Obama ilə Ukraynanın baş naziri Arsen Yatsenyuk arasında görüş başa çatıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Barak Obama bildirib ki, Vaşinqton suverenliyi və ərazi bütövlüyünün təmin olunmasında rəsmi Kiyevə dəstək verəcək.

ABŞ lideri vurğulayıb ki, Rusiya Krımı Ukraynadan qoparmaq istiqamətində səylərinin davam etdirsə, o zaman Ağ ev və müttəfiqləri Moskva ilə münasibətlərinə yenidən baxacaq.

 

«Əmin olun, sizin çox güclü dəstəyiniz var» - deyə, Obama görüşün sonunda jurnalistlərin qarşısında Yatsenyuku əmin edib.

 

Ukrayna hökumətinin başçısı öz növbəsində təslim olmayacaqlarını söyləyib. O, əlavə edib ki, təmsil etdiyi hakimiyyət problemi dinc yolla həll etmək istəsə də, Rusiya «müharibə etmək istəyir».

 

Obama və Yatsenyuk martın 16-da Krımda keçirilməsi nəzərdə tutulan referendumun nəticələrini tanımayacaqlarını da bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850
avatar

Oxşar yazılar