Obama və Merkel Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırdı!
08 mart 2014 15:48 (UTC +04:00)

Obama və Merkel Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırdı!


ABŞ və Almaniya rəhbərləri Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırıblar. Prezident Barak Obama və kansler Angela Merkel arasında telefon danışığında ABŞ-la Avropa Birliyinin Ukrayna ilə bağlı siyasətinin koordinasiya edilməsi qərara alınıb. Tərəflər bildiriblər ki, Rusiyanın Ukrayna ilə dialoqu təmin edəcək təmas qrupu formalaşdırması zəruridir. Obama və Merkel hesab edir ki, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, o cümlədən münaqişənin yatırılması baxımından dialoqdan uğurlu yol yoxdur. Dövlət rəhbərləri həmçinin Ukraynada etnik rusların hüquqlarının qorunma səviyyəsini monitorinq etmək üçün beynəlxalq müşahidəçilərin ölkəyə buraxılmasının vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1648
avatar

Oxşar yazılar