Obama Ərdoğanla Suriya, İraq, Yəmən və Ukraynanı müzakirə etdi
27 mart 2015 04:24 (UTC +04:00)

Obama Ərdoğanla Suriya, İraq, Yəmən və Ukraynanı müzakirə etdi

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan  telefon danışığı zamanı Suriya, İraq, Yəmən və Ukraynanı müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.    

 

“Liderlər Suriyanın mötədil müxalifətinin seçilmiş üzvlərinin təlimi və silahlandırılması proqramını müzakirə ediblər”, deyə açıqlamada bildirib. Tərəflər həmçinin əcnəbi silahlıların Suriyaya axınını müzakirə edib. Obama Türkiyənin 2 mln suriyalı qaçqını qəbul etdiyinə görə  Ərdoğana təşəkkürünü bildirib.  

 

“Liderlər həmçinin Yəmən və Ukraynadakı son hadisələri, İranın nüvə proqramına dair danışıqlar prosesini müzakirə ediblər, bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər”, deyə məlumatda bildirilib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar