ABŞ Prezidenti Barak Obama SMS göndərmir, nadir hallarda Twitter-dəki mikrobloqunda ismarıclar yazır və smartfonlardan istifadə etmir. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Obama "Jimmy Kimmel Live" şousunda bildirib.
Obama deyib: "Mən SMS yazmıram. Elektron məktublar göndərirəm. Mənim hələ də "Blackberry" telefonum var".
ABŞ prezidentinin sözlərinə görə, o, təhlükəsizlik baxımından yazı qurğuları olan smartfonlar istifadə edə bilmir, ona görə də onda "çoxlu dəbli yeniliklər" yoxdur.
Bundan əlavə, Obama aparıcıya keçmiş dövlət katibi Hillari Klintonun yeni elektron ünvanını vermək istəməyib.