Obama Suriyaya qarşı sanksiyaların müddətini uzatdı
07 may 2015 00:31 (UTC +04:00)

Obama Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Barak Obama Suriyaya qarşı sanksiyaların müddətini 1 il uzatdığını bəyan edib.

 

APA-nın məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.

 

Nümayəndələr palatasının spikeri Con Beynerə göndərdiyi məktubda Obama Suriyanı kimyəvi silahdan istifadədə, terrorçu təşkilatları dəstəkləməkdə və s. günahlandırıb.

 

“Suriya rejiminin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükə yaradır. Bu səbəbdən Suriyaya qarşı sanksiyaların müddətini 1 il uzatmağı qərara alıram”, məktubda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar