Obama Səudiyyə kralı ilə Suriyaya silah yardımını müzakirə edib
29 mart 2014 06:10 (UTC +04:00)

Obama Səudiyyə kralı ilə Suriyaya silah yardımını müzakirə edib

0

ABŞ prezidenti Barak Obama ilə Səudiyyə Ərəbistanının kralı Abdulla Suriyadakı üsyançılara səmərəli silah tədarükünün mümkünlüyünü müzakirə edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dövlət başçılarının danışığı Ər-Riyad yaxınlığındakı özəl avadanlıqla quraşdırılmış düşərgədə keçirilib.

 

Amerika nümayəndə heyətinin təmsilçisi bildirib ki, həm ABŞ, həm də Səudiyyə Ərəbistanı Suriyadakı mülayim müxalifətin güclənməsində maraqlıdır və iki dövlət arasında münasibətin ilyarım öncəki ilə müqayisədə daha yaxşıdır.

 

Mənbə xatırladıb ki, Səudiyyə Ərəbistanı suriyalı müxalifətin başlıca himayədarlarındandır və ABŞ-ın Suriyaya yönəli siyasətindən məyus olduğunu gizlətmir. Bundan başqa rəsmi Ər-Riyad ABŞ-ın energetika asılılığı ilə bağlı Vaşinqton - Tehran münasibətin istiləşməsindən ehtiyatlanır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar