Obama səlahiyyətini aşmaqda ittiham olunur
31 iyul 2014 07:45 (UTC +04:00)

Obama səlahiyyətini aşmaqda ittiham olunur

0

Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi ABŞ Nümayəndələr Palatasının təmsilçiləri ölkə prezidenti Barak Obamanın səlahiyyət həddini aşması ilə bağlı iddia planını dəstəkləyib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, respublikaçılar ehtimal edir ki, Obama səhiyyə sahəsində islahat apararkən səlahiyyət həddini aşıb.

 

Onlar Konstitusiyadakı hakimiyyətin bölünməsi müddəasını müdafiə etdiklərini bildirib.

 

Demokratlar Partiyası təmsilçilərinin sözlərinə görə, bu, respublikaçıların seçkiqabağı oyunudur.

 

Səsverməyə bir neçə saat qalmış Barak Obama respublikaçıları “sadəcə olaraq, həmişə kinli olmamağa” və bunun yerinə daha faydalı işlər görməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1080

Oxşar yazılar