Obama Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çalışacaq
05 iyun 2015 01:19 (UTC +04:00)

Obama Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çalışacaq

0

ABŞ prezidenti Barak Obama “Yeddilik qrupu”nun  Almaniyada keçiriləcək sammiti çərçivəsində Rusiya qarşı sanksiyaların genişləndirilməsinə dair Aİ liderləri ilə danışıqlar aparacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Çarlz Kupçan bildirib.   

 

“Prezident Aİ liderləri ilə danışıqları zamanı Avropanın bu ayın sonunadək Rusiya qarşı sanksiyaların genişləndirilməsini müzakirə edəcək. Görüşlərdə həmçinin Moskvaya digər təzyiq yollarından danışılacaq. Obama həmçinin Minsk sazişinin pozulması məsələsini də müzakirəyə çıxaracaq”, deyə Kupçan qeyd edib.  

 

Onun sözlərinə görə, münaqişə tərəfləri razılaşmaların tam implementasiyasından (icrasından) çox uzaqdırlar: “Ötən günlər ərzində biz Ukraynanın şərqində zorakılığın davam etməsinin şahidi olduq. Ağır hərbi texnika təmas xətindən geri çəkilməyib”, deyə  ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru vurğulayıb.  

 

O, həmçinin, Rusiyanın separatçıları silahlandırmaqda fəaliyyətinin aktivləşdiyini qeyd edib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar