ABŞ prezidenti Barak Obama hər iki palata tərəfindən təsdiqlənən Ukraynanın dəstəklənməsi, Rusiyaya və ölkədə böhranın yaranmasında məsuliyyət daşıyan Ukrayna vətəndaşlarına sanksiya tətbiq edilməsi haqda sənədi imzalayıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, prezidentin mətbuat katibi Cey Karni bu haqda açıqlama verib: “Prezident “Ukraynanın suverenliyi, ərazi bütövlüyü, demokratiya və iqtisadiyyatının dəstəklənməsi haqda” 4152 saylı qanunu imzalayıb. Bu sənəddə Ukrayna üçün kredit təminatı, bu ölkə ilə bağlı olan bir neçə fiziki şəxsə qarşı sanksiya tətbiqi nəzərdə tutulub”.
Qanuna əsasən, Ukraynaya bir milyard dollar kredit və təcili 150 milyon dollar yardım veriləcək.
Rusiyaya qarşı iki mərhələli sanksiya haqda qanun B.Obamanın əlavələri ilə qəbul edilib.
Ukrayna və bu dövlətə bağlı məsələləri işıqlandıran dövlət KİV-inə maliyyə yardımının artırılması haqda da fərman imzalayıb.