ABŞ prezidenti Barak Obama BMT-nin Baş Assambleyasındakı çıxışında bəyan edib ki, hazırda dünya sülh və müharibə arasındadır.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ lideri Qərbi Afrikada tüğyan edən Ebola virusunu, Suriya və İraqda terrorçuların qəddarlıqlarını və Rusiyanın təcavüzkar siyasətini qlobal təhlükəsizliyi sarsıdan faktorlar adlandırıb.
Obama qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı siyasətinin dəyişdirilməsi müqabilində rəsmi Moskva ilə əməkdaşlığı bərpa etməyə hazırdır. “Bu halda biz sanksiyaları ləğv edərək Rusiyanın qlobal məsələlərin həllində rolunu dəstəkləyəcəyik”, deyə Obama bildirib.