Obama Rusiyanı "vurdu"
26 fevral 2016 08:24 (UTC +04:00)

Obama Rusiyanı "vurdu"

0

Rusiyanın Hərbi-Hava Qüvvələri Suriyada hakimiyyətin mövqeyini möhkəmləndirib və ölkə ərazisində humanitar vəziyyəti daha da ağırlaşdırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama deyib.   

 

Onun sözlərinə görə, “bu təkcə Suriyada vətəndaş müharibəsi deyil, bu, həmçinin, regional derjavalar arasında gedən proksi-müharibədir” (“kənar qüvvələrin müharibəsi”).   

 

“Rusiyanın müdaxiləsi və onun endirdiyi aviazərbələr Əsəd rejimini gücləndirib və Suriyada humanitar fəlakəti daha da ağırlaşdırıb”, - deyə Obama qeyd edib.  

 

O, Suriya əhalisi, xüsusən, uşaqlar arasında uzun müddətdir ki, aclığın hökm sürdüyünü vurğulayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar