Obama Qələbə günü münasibətilə Moskvaya getməyəcək
10 fevral 2015 04:22 (UTC +04:00)

Obama Qələbə günü münasibətilə Moskvaya getməyəcək

ABŞ prezidenti Barak Obama Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Moskvaya getməyəcək.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ prezidentinin müşaviri Ben Rods bildirib.

 

“Dövlət başçısı səviyyəsində iştirakımızı gözləmirəm. Prezident Obama mayda Moskvaya səfər etməyi planlaşdırmır”, deyə B.Rods bildirib.

 

Bundan əvvəl Çexiyanın prezidenti Miloş Zemanın bayram tədbirlərində iştirak etməyəcəyi məlum olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar