Rusiyanın köməyi olmadan İranın nüvə proqramına dair razılaşmanın əldə edilməsi mümkünsüz olacaq idi.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama “The New York Times” qəzetinə müsahibəsində deyib.
"Rusiya kömək edirdi. Mən bunu səmimiyyətlə söyləyirəm. Ukrayna ilə bağlı fikir ayrılığını nəzərə alaraq, düşünmürdüm ki, səylərimiz Rusiya tərəfindən dəstəklənəcək. Mənə çox qəribə gəldi ki, president Putin və Rusiya hökuməti iki məsələni bir-birindən ayıra bildi. Rusiya ABŞ-la və digər “altılıq” ölkələri ilə birgə səy göstərməsəydi, uğurlu sazişə nail ola bilməyəcəydik”, deyə Obama bildirib.