Obama Putindən Ukrayna sərhədindəki qoşunu çəkməyi istəyib
29 mart 2014 02:23 (UTC +04:00)

Obama Putindən Ukrayna sərhədindəki qoşunu çəkməyi istəyib

0

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, Birləşmiş Ştatlar Ukraynada yaranmış böhranın diplomatik yolla həllini davam etdirmək niyyətindədir.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, danışıqla bağlı Ağ evdən yayılan açıqlamada bildirilib: «Prezident Putin bu gün (martın 29-da-red.) prezident Obamaya zəng edərək, Ukraynada yaranmış böhranın həlli ilə bağlı Amerikanın təklifini müzakirə edib».

 

Məlumata əsasən, Barak Obama rusiyalı həmkarına deyib ki, bu, Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkəcəyi və «Ukraynanın suverenliyi və ərazi bütövlüyünü gələcəkdə pozmaq üçün addım atmayacağı» halda mümkündür.

 

Obama Rusiya tərəfindən Ukraynadakı böhranının həlli ilə bağlı  ABŞ-ın təklifinə dəqiq cavab verməyi istəyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar