ABŞ prezidenti Barak Obama facebook sosial şəbəkəsində özünə səhifə açıb.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, Obama orada yazıb: “Salam facebook! Nəhayət ki, mənim öz səhifəm var. Ümid edirəm ki, o, bizim ölkəmiz qarşısında duran ən mühüm problemlər haqda danışmağımız üçün körpüyə, məndən birbaşa nəsə eşitmək üçün yerə çevriləcək”.
Obamanın birinci postu planetdəki iqlim dəyişiklikləri problemlərinə həsr olunub.