ABŞ prezidenti Barak Obama general Cozef Danfordun namizədliyini ölkənin bir nömrəli hərbi postuna – qərargah rəisləri birləşmiş komitəsinin sədri vəzifəsinə irəli sürüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi bildirib.
General Cozef Danford bundan əvvəl ABŞ dəniz piyadaları korpusunun qərargah rəisi və NATO qüvvələrinin Əfqanıstandakı komandanı vəzifəsində çalışıb. Eyni zamanda, Obama general Pol Selvinin namizədliyini qərargah rəisləri birləşmiş komitəsi sədrinin müavini vəzifəsinə irəli sürüb.