Obama Kubaya tarixi səfər edəcək
18 fevral 2016 06:52 (UTC +04:00)

Obama Kubaya tarixi səfər edəcək

0

ABŞ prezidenti Barak Obama mart ayında Kubaya səfər etmək niyyətindədir.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə Ağ Evdəki mənbədən bildirilib.

 

Ötən ilin dekabrında Barak Obama Kubaya səfər etməyə hazır olduğunu bəyan etmişdi. Bununla belə ABŞ prezidenti şərt qoyub: “Mənə sıravi vətəndaşlarla, istədiyim şəxslərlə ünsiyyətdə olmaq imkanı yaradılsa, Kubaya səfər etməyə hazıram”.

 

Qeyd olunur ki, rəsmi Vaşinqton Kuba inqilabından sonra bu ölkədə ilk ABŞ istehsal müəssisəsinin inşasına dair yerli hökumətlə razılığa gəlib. Rəsmi Vaşinqton həmçinin Kuba üzərindən bir sıra iqtisadi sanksiyaları aradan qaldırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar