ABŞ prezidenti Barak Obama Kubaya səfər etməyə hazır olduğunu bəyan edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Obama Yahoo portalına müsahibəsində bildirib.
Bununla belə ABŞ prezidenti şərt qoyub: “Mənə sıravi vətəndaşlarla, istədiyim şəxslərlə ünsiyyətdə olmaq imkanı yaradılsa, Kubaya səfər etməyə hazıram”.
Qeyd olunur ki, səfərlə bağlı yekun qərar yaxın bir neçə ay ərzində veriləcək.