Obama Krım tatarlarının təmsilçisi ilə görüşəcək
31 may 2014 06:58 (UTC +04:00)

Obama Krım tatarlarının təmsilçisi ilə görüşəcək

ABŞ prezidenti Barak Obama Avropaya səfəri çərçivəsində Krım tatarlarının nümayəndələri ilə görüşə bilər.

 

Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ben Rods bəyan edib.

 

“Radio Svaboda” bildirib ki, Barak Obama Krım tatarlarına dəstək nümayiş etdirmək üçün bu görüşü planlaşdırır.

 

Rodsun sözlərinə sözlərinə görə, Krım tatarlarının düşdüyü vəziyyət, onların hüquqlarının pozulması ABŞ prezidentini son dərəcədə rahatsız edir.

 

Xatırlada ki, iyunun 4-də Barak Obama Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə görüşəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar