Obama konqresə 3,9 trln-luq dövlət büdcəsi təqdim edib
05 mart 2014 07:47 (UTC +04:00)

Obama konqresə 3,9 trln-luq dövlət büdcəsi təqdim edib

0

Martın 4-də ABŞ prezidenti Barak Obama gələn maliyyə ili üçün 3,9 trillion dollarlıq dövlət büdcəsi layihəsini Konqresə təqdim edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, büdcə layihəsinin təqdimat mərasimində çıxışı zamanı o, bildirib ki, konqres sənədi təsdiqləyərkən əhalinin kasıb təbəqəsinin dəstəklənməsini nəzərə almalıdır.

 

«Qərar qəbul edərkən bizim biləcəyimiz vacib məsələ budur – varlı amerikalıların vergisinin azaldılmasının müdafiə etmək, yoxsa iqtisadiyyatımızın inkişafına nail olmaq üçün yeni iş yerləri açıb, bütün amerikalıların imkanlarını genişləndirmək»  -deyə, Obama bildirib.

 

ABŞ-da yeni büdcə ili 2014-cü il oktyabrın 1-dən başlayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1130

Oxşar yazılar