Obama Keniyada nənəsi ilə ilə görüşdü
25 iyul 2015 07:14 (UTC +04:00)

Obama Keniyada nənəsi ilə ilə görüşdü

ABŞ prezidenti Barak Obama Keniyaya ikigünlük səfər edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, amerikalı lider axşam saatlarında Nayrobidə qaldığı otelin restoranında  şam yeməyi zamanı bir qrup qohumları ilə görüşüb.  

 

Məlumata görə, Obama böyük masa arxasında ögey bacısı Auma və nənəsi Sara ilə birgə əyləşib.  

 

Obamanın nənəsi bundan əvvəl bir neçə dəfə Barak Obamanı Keniyaya dəvət edib və prezidentin ölkənin qərbindəki Koqelo kəndində dəfn olunan atasının qəbrini ziyarət etməyə çağırıb. Lakin Barak  Obamanın atasının qəbrini ziyarət etməyəcəyi bildirilir.

 

Məlumata görə, Sara Barak Obamanın babasının üçüncü həyat yoldaşı olmasına baxmayaraq,  prezident ona “nənə” deyərək müraciət edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar