Obama Kameruna 300 hərbçi göndərir
14 oktyabr 2015 22:25 (UTC +04:00)

Obama Kameruna 300 hərbçi göndərir

0

ABŞ prezidenti Barak Obama “Boko Haram” terror qruplaşması ilə mübarizə üçün Kameruna 300 hərbçinin göndərilməsinə dair sərəncam verib.

 

APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, dövlət başçısı qərarla bağlı artıq Konqresə müvafiq məktub göndərib.

 

Bildirilir ki, ABŞ hərbçiləri Kamerunda əsasən hava kəşfiyyatı ilə məşğul olacaqlar. Hərbçilərin 90 nəfərdən ibarət ilk qrupu artıq Kamerunun paytaxtı Yaundeyə yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar