ABŞ prezidenti Barak Obama bildirib ki, İraq hakimiyyətinə yardım etmək üçün milli təhlükəsizlik üzrə mütəxəssislərdən təklif vermələrini istəyib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Obama İraqa ABŞ-ın quru qoşunlarının girməyəcəyini yenidən bəyan edib.
ABŞ prezidenti İraqın siyasi liderlərini fikir ayrılığını bir kənara qoymağa, yaranmış vəziyyətdən çıxmaq üçün birgə yollar aramağa çağırıb.
BMT təmsilçisinin sözlərinə görə, son günlər ölkədə gedən döyüşlər nəticəsində yüzlərlə dinc iraqlı öldürülüb. Yaşayış məntəqələrini gülləbaran etdiyi üçün qurum mülki sakinlərin ölümü ilə bağlı məsuliyyəti İraq ordusunun daşıdığını bildirib.