ABŞ prezidenti Barak Obama islamçı sayılan qüvvələrə qarşı mübarizədə İraq hakimiyyətinə yardım etməyə hazır olduqlarını bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, bölgəyə 300 amerikalı təlimatçı göndəriləcəyini söyləyib.
ABŞ prezident ionu da qeyd edib ki, amerikalı hərbçilər döyüşlərdə iştirak etməyəcək.
Mənbə xatırladıb ki, bu günlərdə rəsmi Vaşinqton “Corc Buş” aviadaşıyıcı gəmisini İraqdakı vəziyyətlə əlaqədar Ərəb dənizindən körfəzə doğru yollayıb.