Obama İrana qarşı sanksiyaları uzatdı
12 mart 2015 01:16 (UTC +04:00)

Obama İrana qarşı sanksiyaları uzatdı

ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaları uzadıb.

 

APA-nın məlumatına görə, Ağ Evin məlumatında belə deyilir.

 

“İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır”, sənəddə qeyd olunur.  

 

Bundan əvvəl, Obama Konqresi İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı təkliflərdən imtina etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar