Obama İrana qarşı sanksiyalara veto qoyacaq
17 yanvar 2015 00:02 (UTC +04:00)

Obama İrana qarşı sanksiyalara veto qoyacaq

0

Iranla danışıqlarda əldə olunan nəticə bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqindən daha məqsədəuyğundur.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

 

Obama İrana qarşı sanksiyalarla bağlı hazırlanan qanunlara veto qoyacağını bildirib. “Mən Konqresin hər hansı qanun layihəsinə veto qoyacam. Bu barədə konqresmenlər artıq xəbərdardırlar”, deyə Obama bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar