Obama İran səfirinin ABŞ-a girişinin yasaqlanmasını təsdiqlədi
19 aprel 2014 07:17 (UTC +04:00)

Obama İran səfirinin ABŞ-a girişinin yasaqlanmasını təsdiqlədi

ABŞ prezidenti Barak Obama İranın BMT-dəki yeni səfiri Həmid Əbutalibinin ölkəyə buraxılmamasını nəzərdə tutan qanun layihəsini imzalayıb.


 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, layihəyə əsasən, terrorçu kimi ifşa edilmiş  şəxslərin ABŞ ərazisinə daxil olaraq,  mənzil –qərargahı Nyu-Yorkda yerləşən BMT-də  işləməsi qadağan edilir.

 

Xatırladaq ki,  İranın BMT-yə təyin etdiyi yeni daimi nümayəndə Həmid Əbutalibi 1979-cu ildə Vaşinqtonun Tehrandakı  səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupunun tərkibində olduğu iddia edilir.

 

İran yeni səfir təyin etməyəcəyini bildirib.

 

H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edib, həmin hadisələr zamanı sadəcə tərcüməçi işlədiyini bildirib.

 

İran qərarın beynəlxalq qanunlara zidd olduğunu və digər şəxsi təyin etməyəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar