ABŞ-ın Hərbi-Hava Qüvvələrinə məxsus hərbi bazada prezident Barak Obama və İordaniya kralı II Abdulla arasında qeyri-rəsmi görüş olub.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
Onun sözlərinə görə, qısamüddətli görüş aviabazanın terminalında keçirilib. Söhbətin təfərrüatları barədə məlumat verilmir.