Martın 29-da gecə saatlarında Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın lideri Bara Obama arasında ukraynadakı böhranla bağlı telefon danışığı olub.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, tərəflər fikir mübadiləsi edib.
Rusiya prezidenti Ukraynanın bir sıra şəhərlərində, o cümlədən Kiyevdə “ekstremistlərin dinc əhalini hədələməsinin cəzasızlığından” danışıb.
V.Putin vəziyyəti sabitləşdirməyə yardım etmək üçün beynəlxalq ictimaiyyətlə birgə mümkün addımlar atılması təklif edib.
Rusiya prezidentinin telefon danışığı haqda yaydığı bildirişdə daha sonra deyib : “Tərəflər razılaşıb ki, Rusiya və ABŞ-ın xarici işlər nazirlərinin yaxın zamanda konkret parametrlər üzrə birgə işlə bağlı müzakirə aparacaq ”.
Telefon danışığı ilə bağlı Ağ ev hələ ki açıqlama yaymayıb.