ABŞ prezidenti Barak Obama Ukraynada keçirilən prezident seçkisində ən çox səs toplayan Pyotr Poroşenkonu əldə etdiyi yüksək nəticə münasibəti ilə təbrik edib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Obama Poroşenkoya zəng edərək, bildirib ki, ölkəsi sülhün və islahatların təmin olunmasında Ukrayna xalqı ilə birlikdə olacaq.
Poroşenko öz növbəsində son aylar ABŞ-ın Ukrayna xalqına dəstək olduğu üçün təşəkkürünü bildirib.
Tərəflər yaxın zamanda görüşə razılıq verib.
Xatırladaq ki, Polşanın prezidenti Poroşenkonu ölkəsinə dəvət edib. O, iyunun 3-4-də Polşaya səfər edəcək. Həmin tarixdə ABŞ lideri Barak Obamanın da ora gedəcəyi gözlənilir.